Bakıda “prius” markalı avtomobilin sürücü əsas küçələrin birində hərəkətdə olan maşının sükanını ayağı ilə idarə edib və bunu nümayiş etdirib.
Xezerxeber.az xəbər verir ki, çox keçmədən polis kameralara düşən bu kadların izinə düşüb və "Toyota Prius" markalı avtomobili idarə edən 20 yaşlı Röyal İsmayıllı barəsində xırda xuliqanlıq maddəsi ilə protokol tərtib edib.
Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev deyir ki, belə şəxslərlə mütəmadi olaraq mübarizə aparılır.
Qeyd edək ki, həmin şəxs barədə materiallar Nərimanov Rayon Məhkəməsinə göndərilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.