Xəbər verdiyimiz kimi, Bakı metrosunda sərnişinlərdən biri stansiya yoluna düşərək ölüb.
Hadisə "28 May" metrostansiyasında baş verib.
"Bakı Metropoliteni" Qapalı Sə hmdar Cəmiyyətinin mətbuat katibi Bəxtiyar Məmmədov "Xəzər Xəbər"ə müsahibəsində bildirib ki, qatar yoluna düşən sərnişin kişi olub.
Bəxtiyar Məmmədov bildirib ki, meyit stansiya yolundan çıxarıldıqdan sonra hərəkət bə rpa olunub.
TƏBİB-dən verilən məlumata görə, dərhal hadisə yerinə təcili tibbi yardım briqadası cəlb edilsə də, həmin şəxsin həkimə qədər ölümü qeydə alınıb.
Həyatını itirən şəxsin kimliyi də bəlli olub. O, 67 yaşlı Şərafəddin Abdullaydır. Baş Prokurorluqdan bildirilib ki, faktla bağlı Nəsimi rayon prokurorluğunda araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.