Xəzər Xəbər

Daxili İşlər Nazirliyinə uşaqların müraciəti artıb VİDEO

Veb TV | 19:50 • 1 İyun 2024
Daxili İşlər Nazirliyinə uşaqların müraciəti artıb

Daxili İşlər Nazirliyinin "102" zəng mərkəzinə uşaqların müraciəti artıb.

Xezerxeber.az-ın məlumatına görə, bunu Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin bölmə rəisi Nurlan Əliyev deyib.

O bildirib ki, ötən ilin analoji dövrü ilə müqayisədə nazirliyin 102 zəng mərkəzinə müraciət edən uşaqların sayı artıb. Bu da ölkədəki neqativ hadisələrə uşaqların həssas reaksiyalarının göstəricisidir.

Nurlan Əliyevin sözlərinə görə, uşaqların etdiyi müraciətlər əsasən ailə məişət zəmnində baş verən problemlərlə bağlı olur. Uşaqların müraciətləri xüsusi həssaslıqla nəzarətə götürülür.

Bildirilib ki, nazirlik tərəfindən hər il uşaqlarla və onların valideynləri ilə görüşlər keçirilir. Görüşlərdə daha çox narkotik vasitələrin qanunsuz dövriyyəsi, erkən nikah və yol qəzaları ilə bağlı maarifləndirici söhbətlər aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti