Xəzər Xəbər

ANAMA ilə bağlı konfransda MÜHÜM QƏRAR VİDEO

Veb TV | 22:00 • 31 May 2024
ANAMA ilə bağlı konfransda MÜHÜM QƏRAR

"Minatəmizləmə ilə bağlı işlərin maliyyəsinin 95 faizini azərbaycan özü qarşılayıb"

Xezerxeber.az xəbər verir ki, bu sözləri "Minaların ətraf mühitə təsirinin azaldılması: təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması" mövzusuna həsr olunan konfransda Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov deyib.

Onun sözlərinə görə, bir çox ölkələr Azərbaycanda minatəmizləmə prosesinə maliyyə yardımı ayırmağa maraqlıdır. Avropa İttifaqı isə bu baxımından ən iri donordur.

ANAMA-nın idarə heyətinin sədri Vüqar Süleymanov isə "Xəzər Xəbər"ə müsahibəsində qurumun əməkdaşlarının sayının artırıldığını deyib. Onun sözlərinə görə, Qazaxın azad edilən kəndlərində artıq anama-nın bir qrupu və 2 minatəmizləyən maşını fəaliyyət göstərir.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndəsi Erik Tollefsen həm Azərbaycan hökumətinin, həm də BMT inkişaf proqramının nümayəndələrinin mina problemini dərindən araşdırdığını bildirib.

Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir müavini Nüsrət Süleymanov COP29-da diqqəti minaların yaratdığı təhlükəyə yönəltməli olduğumuzu da vurğulayıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar