Xəzər Xəbər

"Fransız Polineziyasının öz müqəddəratını təyin etmək hüququ var" VİDEO

Veb TV | 22:18 • 30 May 2024
"Fransız Polineziyasının öz müqəddəratını təyin etmək hüququ var"

Fransız Polineziyasının öz müqəddəratını təyin etmək hüququ var.

Xezerxeber.az-ın məlumatına görə, bu fikirləri Milli Məclis sədrinin birinci müavini, Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli "Fransız Polineziyasının dekolonizasiya hüququ - çağırışlar və perspektivlər" mövzusunda Bakıda keçirilən konfransda səsləndirib.

Konfransda Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov isə  bildirib ki, təmsil olunduğu qurumla əməkdaşlıq Fransız Polineziyasının müstəqillik mübarizəsinə töhfə verəcək.

"Tavini Huiraatira" Partiyasının Baş katibi Viktor Mamatuaiahutapu isə  Bakı Təşəbbüs Qrupunun və Azərbaycanın neokolonizmdən əziyyət çəkən xalqlara dəstəyini yüksək qiymətləndirdiyini bildirib.

“Fransız Polineziyası müstəmləkə olaraq təcrid olunub və bunun səbəbkarı ancaq Fransadır”,- deyə baş katib vurğulayıb.

Çıxışlardan sonra mətbuat konfransı keçirilib, jurnalistlərin sualları cavablandırılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti

Çox oxunanlar