COP29-un ölkəmizdə keçirilməsi ilə əlaqədar ictimai iaşə obyektlərində sanitar-gigiyenik normalara dair xüsusi təlimat hazırlanıb.
Xezerxeber.az-ın məlumatına görə, Qida Təhlükəsizliyi Agentliyi tərəfindən hazırlanan təlimat beynəlxalq tədbir zamanı ictimai iaşə müəssisələrində qida təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə hazırlanıb və metodiki tövsiyə xarakteri daşıyır.
Təlimatda ictimai iaşə obyektlərində nəzarətlə yanaşı, işçi heyətinə dair təmizlik və dezinfeksiya işləri, eləcə də qida tullantılarına aid qanunvericiliyin tələbləri də öz əksini tapıb.
Qeyd edək ki, COP29-la bağlı AQTA tərəfindən təsdiqlənmiş Tədbirlər Planına əsasən hazırlanan təlimatın ictimai iaşə müəssisələrində paylanılması nəzərdə tutulub.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.