Bakıda qadın qeyri-rəsmi yaşadığı kişini qətlə yetirib.
Xezerxeber.az-ın məlumatına görə, dəhşətli qətl hadisəsi bu gün paytaxtın Sabunçu rayonu ərazisində baş verib.
48 yaşlı qadının 38 yaşlı kişini bıçaqla qətlə yetirdiyi bildirilir.
Sabunçu Rayon Prokurorluğunun məlumatına görə, Ruhiyyə Tahirovanın aralarında yaranmış mübahisə zamanı vətəndaş nikahı ilə birgə yaşadığı Samir İsrəfilovu bıçaqlayaraq qəsdən qətlə yetirməsinə dair əsaslı şübhələr müəyyən edilib. Məsələnin digər təfərrüatları da müəyyən olub.
Qonşuların sözlərinə görə, şəxslər arasında mübahisə tez -tez baş verirdi və sonuncu dəfə hər iki şəxs spirtli içkinin təsirində olub.
Baş Prokurorluğun mətbuat xidmətinin prokuroru Aysel Həsənova "Xəzər Xəbər"ə açıqlamasında bildirib ki, faktla bağlı Sabunçu Rayon Prokurorluğunda qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb.
Baş Prokurorluğun məlumatına görə, Ruhiyyə Tahirova iş üzrə şübhəli şəxs qismində tutulub.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.