Xəzər Xəbər

Bakının mərkəzindəki bu park xarabalığı xatırladır VİDEO

Veb TV | 21:28 • 29 May 2024
Bakının mərkəzindəki bu park xarabalığı xatırladır

Bakının Səbail rayonunda yerləşən “Lermontov” parkı baxımsız vəziyyətdədir. Bu park daha çox xarabalığı xatırladır.

Xezerxeber.az-ın məlumatına görə, sakinlər deyirlər ki, uzun illərdir, sözügedən park istifadəyə yararsızdır.

Onların sözlərinə görə, gecə saatlarında parkda vəziyyət təhlükəli olur. Onların istəyi isə parkın təmir olunub, yenidən istifadəyə verilməsidir. 

Məsələ ilə bağlı Səbail Rayon İcra Hakimiyyətindən "Xəzər Xəbər"ə bildirildi ki, rayonun Lermontov və Cəfərov qardaşları küçələrinin kəsişməsində yerləşən mozaik fiqurlardan vaxtilə düzəldilən uşaq meydançasında abadlıq və yenidənqurma işlərinin planlaşdırılması ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib. Hazırda sözügedən layihə üzərində tamamlanma işləri görülür və yaxın gələcəkdə təmir işlərinin aparılması nəzərdə tutulub. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti