Ovu və satışı qadağan olsa da, sosial şəbəkə və elan saytlarında kirpi satılır.
Xezerxeber.az-ın məlumatına görə, kirpi Bakıda 10, rayonlarda isə 25 manata təklif olunur.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən isə “Xəzər Xəbər”ə bildirildi ki, nəzərdə tutulan heyvanların ovu və satışı ilə məşğul olan şəxslər üçün cərimələr nəzərdə tutulur.
Qeyd edək ki, sonuncu dəfə Zaqatalada kirpi ovlayıb satan şəxslər aşkar edilərək cərimələnmişdi.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.