Xəzər Xəbər

Masazır sakinləri avtobus sarıdan çətinlik çəkirlər VİDEO

Veb TV | 19:50 • 29 May 2024
Masazır sakinləri avtobus sarıdan çətinlik çəkirlər

Abşeron rayonu, Masazır qəsəbəsindən Bakı istiqamətinə yalnız bir marşrut xəttinin fəaliyyət göstərməsi sakinlər üçün çətinlik yaradır.

Xezerxeber.az-ın məlumatına görə, minlərlə əhalinin yaşadığı qəsəbəyə yalnız 525 saylı marşrut avtobusu işləyir. Sərnişinlər iddia edirlər ki, bu xətdə olan avtobuslar köhnəldiyindən tez-tez yolda qalır. Üstəlik, avtobusların sayı sərnişinlərin sayına adekvat deyil.

Sürücülər isə yeni avtobusların nə vaxt  veriləcəyini bilmirlər. 

Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, Masazır qəsəbəsi - "Memar Əcəmi" metrostansiyası istiqaməti üzrə hərəkət edən 525 nömrəli marşrut xəttində 17 avtobus 8 dəqiqə intervalla sərnişinlərə xidmət göstərir. 

Qeyd olundu ki, marşrut şəbəkəsinin optimallaşdırılması ilə əlçatanlığın 90%-dən çox artırılması ehtimal edilir. Yəni gələcəkdə Masazır qəsəbəsinə işləyən bu avtobusların dəyişdirilməsi plandadır. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti