Xəzər Xəbər

Bakıdakı "Pilot Residence" MTK-nın sakinləri təhlükə ilə üzləşdiklərini deyirlər ŞİKAYƏT/VİDEO

Veb TV | 19:38 • 25 May 2024
Bakıdakı "Pilot Residence" MTK-nın sakinləri təhlükə ilə üzləşdiklərini deyirlər

Bakının Səbail rayonu, Rostropoviçlər küçəsi ilə Nizami küçəsinin kəsişməsində yerləşən "Pilot Residence"in binasının sakinləri problemlə üzləşiblər. Onlar MTK-dan narazıdırlar.

“Xəzər Xəbər”ə müraciət edən sakinlərin iddiasına görə, MTK tərəfindən yaşayış kompleksində inşaat-təmir işləri dəfələrlə dondurulub, təsdiqlənmiş layihədən saysız-hesabsız kənarlaşma olub. Həyətin digər bir hissəsi də MTK tərəfindən  satılıb.

Kompleksindəki 20-dən çox mənzil sahibi bununla müvafiq qurumlara və nazirliklərə şikayət məktubu ünvanlayıblar.

Buna baxmayaraq, sakinlərin problemləri öz həllini tapmayıb.

Bina sakinlərinin narazılıqlarına aydınlıq gətirmək məqsədilə adıçəkilən tikinti şirkətinin ofisinə yaxınlaşdıq. Lakin nə üzümüzə qapını açan, nə də ki, zənglərimizə cavab verən oldu.

Sakinlər ümid edirlər ki, üzləşdikləri problemlər MTK rəhbərliyi  tərəfindən qısa vaxt ərzində öz həllini tapacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar