Xəzər Xəbər

Ərdoğanın "Vəfa Mükafatı" təqdim etdiyi Sərvər Bəşirli təəssüratlarını "Xəzər Xəbər"lə bölüşüb VİDEO

Veb TV | 21:11 • 24 May 2024
Ərdoğanın "Vəfa Mükafatı" təqdim etdiyi Sərvər Bəşirli təəssüratlarını "Xəzər Xəbər"lə bölüşüb

Məlumat verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sərvər Bəşirliyə "Vəfa Mükafatı" verib.

Xezerxeber.az-ın məlumatına görə, Azərbaycan vətəndaşı Türkiyədə təbii fəlakət zonasının sakinləri üçün yardım aparan ilk şəxslərdən biri olub. Bir neçə gün öncə isə qardaş ölkədən Sərvər Bəşirliyə zəng gələrək ona sədaqət mükafatı veriləcəyi xəbər edilib.  

Mükafatlandırma mərasimində Türkiyə lideri bildirib ki, dünya ehtiyacı olan hər kəsə kömək etməyə çalışan yaxşı insanların üzərində dayanır.

Qeyd edək ki, Sərvər Bəşirli bu il Türkiyənin "Sədaqət Mükafatı"na layiq görülən iki əcnəbidən biri olub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar