Xəzər Xəbər

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Sakinlər kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər VİDEO

Veb TV | 21:45 • 24 May 2024
Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Sakinlər kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər

Bu gün Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin əraziləri Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb.

Qazaxın nəzarətə götürülən kəndlərindən Prezident İlham Əliyevə məruzə olunub, Azərbaycan bayrağı ucaldılıb.

Xezerxeber.az-ın məlumatına görə,

bu sevincli anı gözləyənlərdən biri də Bağanis Ayrım kənd sakini Ramiz Adıgözəlovdur. 33 il əvvəl Bağanis Ayrımda ailəsi ermənilər tərəfindən amansızcasına qətlə yetirilmiş Ramiz Adıgözəlov indi kəndlərinə qayıdacağı günü gözləyir.

Xeyrimli, Aşağı Əskipara və Qızıl Hacılı kəndlərinin sakinləri də eyni hissləri bölüşürlər. Böyükdən kiçiyə hər kəs kəndlərinə qayıtmaq üçün hazırlıq görür.

Qarabağ iqtisadi rayonu kimi bu kəndlər də sürətlə abadlaşacaq və 33 il əvvəlki həyat bərpa olunacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar