Xəzər Xəbər

Bakıda taksi sürücüsü qadına hücum edib VİDEO

Veb TV | 19:34 • 24 May 2024
Bakıda taksi sürücüsü qadına hücum edib

Bakıda taksi sürücüsü qadının yolunu kəsib və küt alətlə ona hücum edib.

Xezerxeber.az-ın məlumatına görə, görüntülər sosial şəbəkələrdə yayılıb. Efirdə görünməyini istəməyən Məltəm Əsgərova ''Xəzər Xəbər''ə bildirib ki, hadisə ötən gün Bakı-Sumqayıt yolunun  Bakı Beynəlxalq Avtovağzal Kompleksi yaxınlığından keçən hissəsində baş verib. Onun dediyinə görə, sürücünün ona hücum etməsinə səbəb yol üstündə olub.

Məltəm Əsgərova deyir ki, hadisədən dərhal sonra hüquq-mühafizə orqanlarına məlumat verib. Xanım sürücü ərazi üzrə Binəqədi rayon 40-cı polis bölməsinin çağırılıb və onun ifadəsi alınıb.

Daxili İşlər Nazirliyindən ''Xəzər Xəbər''ə bildirildi ki, görüntülər əsasında araşdırma aparılır. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti