Xəzər Xəbər

Laçında COP29 ilə əlaqədar təqdimat mərasimi keçirilib VİDEO

Veb TV | 20:11 • 24 May 2024
Laçında COP29 ilə əlaqədar təqdimat mərasimi keçirilib

Laçında İqlim Fəaliyyəti Dialoqu çərçivəsində COP29 ilə əlaqədar təqdimat mərasimi keçirilib.

Xezerxeber.az-ın məlumatına görə, mərasimdə ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri - səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların təmsilçiləri iştirak ediblər. Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev COP29-a hazırlıq işlərindən danışıb və qonaqların mötəbər tədbirlə bağlı təkliflərini dinləyib.  

Daha sonra diplomatik korpus nümayəndələri Laçın şəhərində həyata keçirilən bərpa və yenidənqurma işləri ilə tanış olublar.

Sonra isə qonaqlar Zerti Aqro-Sənaye Parkında olublar. Onlara Sənaye parkında qurulan konteyner tipli təsərrüfatlar barədə məlumatlar verilib. Burada fəaliyyət göstərən bütün müəssisələrin ən müasir texnologiyalarla təchiz olunduğu diqqətə çatdırılıb.

Diplomatik korpusun nümayəndələri "Hoçazfilm" studiyasını da ziyarət ediblər. Qonaqlara Qarabağ regionunda mədəni-kütləvi tədbirlərin həyata keçirilməsi barədə məlumat verilib.

Diplomatlar Qarabağ və Şərqi Zəngəzur ərazisində ekosistemin bərpasına töhfə vermək məqsədilə Həkəri çayının Laçın rayonu ərazisindən keçən hissəsinə balıqların buraxılması prosesini də izləyiblər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti