Şəki şəhər sakini 39 yaşlı Vüqar Bəşirovun avtomobilinin radara düşməsilə bağlı ona cərimə yazılıb. Sürücü isə bu protokolla razılaşmır.
Xezerxeber.az-ın məlumatına görə, o iddia edir ki, 70-lik yolda 64-lə radara düşməsi barədə cərimə yazılıb.
O, idarə etdiyi maşınla Şəkinin İnçə kəndinə gedib. Kəndə çatar-çatmaz ona cərimə gəlib. Sürücü isə həmin ərazidə müəyyənləşdirilən sürət həddini aşmadığını bildirir.
Məsələyə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı Elvin Hacıyev münasibət bildirib. O deyib ki, texniki xəta səbəbindən cərimə yazılıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.