Son vaxtlar Azərbaycanda avtomobil yanğınları xeyli artıb.
Xezerxeber.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, təkcə son 3 ayda 170 avtomobildə yanğın olub.
Təhlillər göstərir ki, avtonəqliyyat vasitələrinin alışmasının bir çox səbəbləri var.
Avtomobillərdə yanğınlar bir neçə səbəbdən baş verə bilər. Elektrik naqillərində yaranan nasazlıq əsas təhlükələrdəndir. Nazirlik sürücüləri diqqətli olmağa çağırıb.
Qeyd edək ki, avtomobilin salonunda tüstü və ya yanıq qoxusu yanğın əlamətidir. Bu zaman nəqliyyat vasitəsinin hərəkəti dərhal dayandırılmalı, mühərrik söndürülməlidir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.