28 ailə üçün yalnız 1 qaz sayğacı quraşdırılıb.
Xezerxeber.az xəbər verir ki, elə limit də ancaq bir ailə üçün nəzərdə tutulub.
15-ci məhəllədə yerləşən yataqxananın sakinləri bildirir ki, Sumqayıt qaz idarəsi tərəfindən illər öncə 28 ailə üçün yalnız 1 smart tipli sayğac quraşdırılıb. Qaz limiti isə yalnız 1 ailənin istifadə edə biləcəyi formada hesablanıb. Limit qısa vaxtda bitən kimi, sakinlərin də problemləri yaranır.
Sakinlərin sözlərinə görə, bu ilin fevral ayının 2-də ərizə ilə aidiyyəti quruma müraciət ediblər. Ancaq onların şikayətinə hələ də baxan olmayıb.
Məsələ ilə bağlı Azəriqaz İB-dən “XəzərXəbər”ə bildirildi ki, sakinlərin şikayəti qısa vaxt ərzində öz həllini tapacaq.
Hazırda ailələr məcbur qalıb qaz balonlarından istifadə edirlər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.