İş yerini dəyişdirmək istəyən müəllimlər üçün növbəti vakansiya seçimi başladı.
Xezerxeber.az xəbər verir ki, Bakı,Sumqayıt və Abşerona yerdəyişmə mümkün olmayacaq.
Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin növbəti vakansiya seçimi mərhələsinə bugün saat 11:00-da start verilib. Proseslə bağlı Xəzər Xəbərə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
O da bildirilib ki, yerdəyişmə prosesində son işlədiyi təhsil müəssisəsində 3 ildən artıq çalışan müəllimlər iştirak edir.
Vakansiya seçimi üçün elektron sistem 29 aprel saat 11:00-dək aktiv olacaq... Məlumat üçün bildirək ki, müəllimlərin yerdəyişməsi Naxçıvan Muxtar Respublikasında da ilk dəfə olaraq həyata keçiriləcək. Naxçıvanın Təhsil naziliyindən “Xəzər Xəbər”ə verilən məlumata görə, müəllimlər qarşılıqlı razılıq əsasında iş yerlərini dəyişə biləcəklər.
Müvəqqəti qaydalara əsasən, hərbçi və şəhid ailə üzvlərinin iş yerinin dəyişdirilməsi prosesi ildə bir dəfə nazirlik tərəfindən həyata keçiriləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.