Xəzər Xəbər

Masazırda vətəndaşa məxsus 2 hektar ərazi mənimsənilib –İDDİA VİDEO

Veb TV | 21:30 • 23 Aprel 2024
Masazırda vətəndaşa məxsus 2 hektar ərazi mənimsənilib –İDDİA

Vətədaşın mülkiyyətində olan torpaq sahəsini zəbt edərək evlər tikiblər.

Xezerxeber.az xəbər verir ki, bu iddia ilə çıxış edən Allahverdi Axundov Abşeron rayonu, Masazır kəndində ümumilikdə 4 ha torpaq sahəsinə sahib olduğunu deyir.

Bildirir ki, bu torpaqları 2023-cü ilin yanvar ayında alıb. İki ay sonra isə bir neçə şəxs tərəfindən burada tikinti işləri başlayıb. İddiaya görə, zəbt olunmuş ərazidə 100 dən artıq tərdi ev tikilib  və daxili kredit şərti ilə vətəndaşalara satılıb.

Allahverdi Axundov vəkili, hüquqşünas Ülvi Nəsibli isə qeyd edib ki, tikintinin dayandırlması  və orada inşa edilmiş özbaşına tikintilərin sökülməsi barədə aidiyyəti üzrə bütün dövlət orqanlarına müraciət edilib.

Vəkil deyir ki, müvəkkili Allahverdi Axundova məxsus ərazidə hazırda da qanunsuz 20 evin inşası davam edir.

Sözü gedən şəxslərdən biri Xəyal Məmmədovla əlaqə saxladıq. O, torpaqların zəbt olunması iddiasının həqiqətə uyğun olmadığını, sözü gedən ərazini Şahin İlyasovdan aldıqlarını bildirdi.

Ərazidə artıq 100 ev inşa etdiklərini deyən Xəyal Məmmədov qeyd edib ki, məsələ hüquqi müstəvidədir. Vətəndaş Allahverdi Axundovun mülkiyyətində olduğu Abşeron rayonu ərazisində yerləşən torpaq sahəsinin kənar şəxslər tərəfindən zəbt edilməsi və orada qanunsuz tikinti işləri aparılması ilə bağlı müraciəti əsasında Abşeron Rayon Polis İdarəsində araşdırma aparılıb.

Tərəflər polis orqanına dəvət edilərək ərizə və izahatları alınıb. Araşdırmalarla tərəflər arasındakı mübahisənin mülki xarakterli olması müəyyən edildiyindən onlara müvafiq qaydada məhkəməyə müraciət etmələri tövsiyə olunub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Bakıda ağır qəza 3 ölü
18:13 • 22 Dekabr 2024
"Sabah" "Şamaxı"ya uduzub
15:58 • 22 Dekabr 2024