Xəzər Xəbər

Bu il qəbul imtahanlarında gərgin rəqabət olacaq – Ekspertlərdən PROQNOZ VİDEO

Veb TV | 20:25 • 23 Aprel 2024
Bu il qəbul imtahanlarında gərgin rəqabət olacaq – Ekspertlərdən PROQNOZ

Ali məktəblərə qəbulda bəzi ixtisas qruplarında gərgin rəqabətin olacağı gözlənilir.

Xezerxeber.az xəbər verir ki, indiyədək qəbul imtahanının 2-ci mərhələsinin 1-ci cəhdində iştirak etmək üçün 50 minə yaxın abituriyent qeydiyyatdan keçib. Məlumata görə, I ixtisas qrupu üzrə müraciət edənlərin sayı 16 min 135 nəfərdən çoxdur. II ixtisas qrupu üzrə 14 min 650 nəfər, III qrup üzrə 14 min 330 nəfər, IV qrup üzrə isə 3 min 820 nəfər qeydiyyatdan keçib.

Təhsil eksperti Kamran Əsədov deyir ki, bu il ali təhsil müəssisələrinə qəbul olmaq istəyənlərin sayı kifayət qədər çoxdur.

Onun sözlərinə görə, müəyyən ixtisaslarda seçim zamanı rəqabətin artacağı proqnozlaşdırılır.

Qeyd edək ki, qəbul imtahanlarına qeydiyyat mayın 6-dək davam edəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Bakıda ağır qəza 3 ölü
18:13 • 22 Dekabr 2024
"Sabah" "Şamaxı"ya uduzub
15:58 • 22 Dekabr 2024