Havanın günü-gündən isinməsi avtomobillərin kondisionerlərinə qulluq məsələsini aktuallaşdırır.
Xezerxeber.az xəbər verir ki, soyuq havadan uzun müddət istifadə etməyən bəzi sürücülər kondisioneri işə salarkən problemərlə üzləşirlər.
Bəzən ya kondisioner soyuq hava vurmur və ya avtomobilin salonunda xoşagəlməz qoxu yaranır. Uzun müddət kondisionerə texniki baxışın edilməməsi sonradan sürücüləri maddi ziyana sala bilir.
Mütəxəssislər deyir ki, ildə minimum 1 dəfə kondisioner sistemi ustalara yoxladılmalı və qulluq edilməlidir. Xüsusilə köhnə nəsil avtomobillərdə kondisionerə freon qazının vurulması, kompressorun yağı və salon filterinin dəyişdirilməsi 50-70 manata başa gəlir. Usta Cavidan Muradxanlı deyir ki, kondisionerə baxış kustar üsulla deyil, xüsusi cihazlarla edilməlidir. Ustanın sözlərinə görə, nisbətən ili köhnə nəsil olan avtomobillər üçün nəzərdə tutulan 100 qram freon qazının qiyməti 5-7 manat arasında dəyişir.
Lakin yeni nəsil avtomobillər üçün nəzərdə tutulan freonların qiymətləri isə olduqca bahadır. Usta Cavidan Muradxanlı deyir ki, bəzi avtomobillərin kondisioner qazı 600 manata başa gəlir.
Ustanın sözlərinə görə, kondisioner qazının az olması, kompressorun yağının uzun müddət dəyişdirilməməsi tövsiyə edilmir. Bu sizin avtomobilinizin kondisioner kompressorunu sıradan çıxara bilər. Bununla da əlavə maddi ziyada düşə bilərsiniz.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.