Qızıl qumlu çimərliklər, yaxtalarla dolu marinalar, turistlərin durmadan axını… Dünya praktikasında süni salınan torpaq sahələrindən daha çox süni adalar şəklində istifadə olunur..
Xezerxeber.az xəbər verir ki, indiyədək dünyada süni adaların yaradılması sahəsində liderlər Yaponiya və Birləşmiş Ərəb Əmirlikləridir. Yaponlar belə adaları ərazi çatışmazlığından və ya yaranmış ehtiyacdan dolayı tikirsə, Birləşmiş Ərəb Əmirlikləri üçün süni adalar yalnız investorları cəlb etmək vasitəsidir
Məsələn elə BƏƏ-dəki dünyaca məşhur, palma formasında olan "Palm Jumeirah"… Bu, dünyada insanın yaratdığı ilk süni adalarda biri hesab olunur. Səmadan baxanda ada palma ağacını xatırladır.
Ümumilikdə 100.000 insana xidmət göstərilərək, hər yarpağında turist və qonaqlar üçün tikilmiş yaşayış evləri bir növ turistik imkanların da inkişafına təkan verib. Tikinti xərcləri isə təqribən 14 milyard dollara bərabərdir.
Yaponiyanın Tokio körfəzində yerləşən Odaiba böyük süni adası haqqında da danışaq. Odaiba əvvəlcə 1850-ci illərdə müdafiə məqsədləri üçün tikilmişdi. Torpaq 20-ci əsrin sonlarında dəniz limanı rayonu kimi kəskin şəkildə genişləndi və 1990-cı illərdə əsas ticarət, yaşayış və istirahət zonasına çevrildi. Hazırda da əsas turistik məkan olaraq da ön sıralardadır.
Qətərdə isə təxminən Cəbəllütariq ölçüsündə, təxminən 1000 hektarlıq və 2,5 milyard ABŞ dolları dəyərində olan İnci adası layihəsi mövcuddur… Ümumi sahəsi 13.9 kv km olan süni ada Qətərdə əcnəbi vətəndaşların sərbəst mülkiyyətinə veriləcək torpaqdır. Neftdən əvvəl ən mühüm gəlir mənbəyi olan mirvari bu adanın tikintisində mühüm yer tutur. İnci Adası Qətərdə yaşayan zəngin insanların ən çox seçdiyi rayon kimi tanınır. Burada 18 831 yaşayış yeri var.
Bəhreynin Durrat Al-Bahreyn kimi milyard dollarlıq layihəsi var ki, 15-yə yaxın ada şəklində lüks mənzillər, yaşayış binalarından savayı beş ulduzlu mehmanxanmalar, qolf meyfdançaları, yaxta dayanacağı, 13 körpü, o cümlədən 6 avtomobil körpüsü, kinoteatrlar və əyləncə parkları ilə əhatələnir.
Çində isə Feniks adası süni arxipelaq olaraq 3,94 kv km ərazini əhatə edir. Bu adalar Sanya körfəzinin cənub-şərq hissəsində yerləşir. O, sahillə 395 metrlik körpü ilə birləşir. Layihəyə təxminən 464 milyon dollar investisiya qoyulub. Adadakı lüks yaşayış mənqələri, kruiz gəmiləri üçün liman, restoranlar, ticarət kompleksi, Beşulduzlu otel buraya səfər edənlərin əsas diqqətini çəkir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.