Həm piyadalar, həm də sürücülər hərəkət zamanı çaş- baş qalır.
Xezerxeber.az-ın xəbərinə görə, Şəkidə piyadalar üçün işıqforların olmaması müəyyən problemlər yaradır. Bundan daha çox qocalar, qadınlar və uşaqlar əziyyət çəkirlər.
Daxili İşlər Nazirliyinin Regional mətbuat xidmətinin Şəki bölməsindən bildirildi ki, yol nişanları və işıqforların Şəki rayonunda qurulması 4 saylı Şəki Reğional İstismar sahəsi tərəfindən həyata keçirilir.
Hazırda rayonda yol infrastruturasının yenidən qrulması işləri həyata keçirilir və 24 obyekdən 18 də işıqforların da yenidən kabelləşdirilməsi işi başa çatıb. Bu layihə çərçivəsində yeni işıqforlar quraşdırılacaq ki, bu zaman piyadalar üçün işıqforda olacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.