Xəzər Xəbər

Gürcüstanın avtomobil bazarındakı durğunluq Azərbaycana təsir edə bilərmi? - ARAŞDIRMA VİDEO

Veb TV | 20:00 • 21 Aprel 2024
Gürcüstanın avtomobil bazarındakı durğunluq Azərbaycana təsir edə bilərmi? - ARAŞDIRMA

Son günlərdə Gürcüstanda ikinci əl avtomobil bazarında durğunluq yaşanır.

Xezerxeber.az xəbər verir ki, bu da qiymətlərə kəskin təsir edib.

Ekspertlər deyir ki, Gürcüstanda bazarda ikinci əl avtomobillərdə təxminən 500-1000 dollar civarında ucuzlaşma müşahidə edilir. 

Belə ki, ötən il Gürcüstana nəqliyyat vasitəsi hər zamankından daha çox idxal olunub. İdxal çox olsa da başqa dövlətlərdən Gürcüstana avtomobil almağa gedənlər elə də maraq göstərməyiblər.

Avtomobil satışı üzrə ekspert Sərxan Qədirov bunu alıcıların internet üzərindən daha rahat formada başqa dövlətlərdən maşın almaları ilə əlaqələndirir.

Nəzərə alsaq ki hər il Azərbaycana qonşu ölkədən minlərlə avtomobil gətirilir.

Bəs yaranmış böhran ölkəmizə gətirilən nəqliyyat vasitələrinin qiymətinə təsir göstərə bilərmi? . Yəni ikinci əl avtomobillər ucuzlaşacaqmı?

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar