Bakıda 22 yaşlı qız qətlə yetirilib.
Xezerxeber.az-ın məlumatına görə, bu barədə Xətai Rayon Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, aprelin 20-də saat 6 radələrində Xətai rayonu ərazisində 2002-ci il təvəllüdlü Elnarə Cabbarovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı 2003-cü il təvəllüdlü Səbuhi Qürbətovun Xətai rayonu, Xudu Məmmədov küçəsi ərazisində tanışı Elnarə Cabbarovaya bıçaqla xəsarət yetirərək qəsdən öldürməsi, daha sonra isə özünə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Səbuhi Qürbətov saxlanılaraq polis müşayiəti altında xəstəxanada ona tibbi yardım göstərilir.
Hadisə şahidinin sözlərinə görə, onlar 3 nəfər olublar. Öldürülən qadının yanında rəfiqəsi də olub.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Bakının Sabunçu rayonunda da cinayət hadisəsi qeydə alınıb.
"Bakıxanov" çörək zavodunun işçiləri arasında yaranan dava nəticəsində bir nəfər bıçaqlanaraq qətlə yetirilib.
Zavodun əməkdaşı, şahid "Xəzər Xəbər"ə deyib ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs içkili olub.
Bu barədə Baş Prokurorluğun mətbuat xidməti də məlumat yayıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.