Bakının Nərimanov rayonundakı "Taxta bazarı" adlanan ərazidə yanğın baş verib.
Xezerxeber.az-ın məlumatına görə, əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri cəlb olunub.
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən həyata keçirilmiş tədbirlər sayəsində baş vermiş yanğın ətraf ərazilərə yayılmasına imkan verilmədən söndürülüb.
Yanğın nəticəsində, ilkin hesablamaya əsasən, 1000 kv.m sahəsi olan obyektin təqribən 500 kv.m hissəsi yanıb.
Nəticədə sahibkarlara külli miqdarda ziyan dəyib.
TƏBİB-dən bildirlib ki, yanğında xəsarət alan olmayıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.