Oğuz rayonunun 3 kəndi internetə həsrət qalıb.
Xezerxeber.az-ın məlumatına görə, söhbət rayonun “Calud”, “Calud – 2” və “Azərbaycan – 60” kimi tanınan yaşayış massivlərindən gedir.
Bu kəndlərdə 200-ə yaxın ailə yaşayır.
Lakin bu sakinlərin illərdir ki, internet problemi öz həllini tapmır.
Sakinlər bildirir ki, inernetin olmaması onların işini çətinləşdirir.
Məsələ ilə əlaqədar “Aztelekom”dan bildirildi ki, hazırda internetin dövlət-özəl modeli üzrə fiberoptik kabelləşmə hazırda həyata keçirilir. Layihə 2024-cü ilin sonunadək başa çatdırılacaq və internetlə əlaqədar məsələlər həllini tapacaq.
Qeyd edək ki, müvafiq yaşayış ərazilərində layihə çərçivəsində görülən işlərin 2024-cü ilin sonunadək yekunlaşacağı planlaşdırılıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.