Şamaxı rayonu, Hüseyn Cavid küçəsində iki il əvvəl çəkilmiş yol çöküb. Hazırda yol və səki yararsız hala düşüb.
Xezerxeber.az-ın məlumatına görə, yaranan vəziyyət həm sakinləri, həm də sürücüləri narahat edir.
Ərazidə digər problem isə yolda sürət həddini bildirən nişanların olmamasıdır.
Buna görə də yolda avtomobillər yüksək sürətlə hərəkət edən zaman tez-tez qəzalar baş verir.
Rəsmi qurumlardan verilən məlumata əsasən, tezliklə sözügedən avtomobil yolunda təmir işlərinə start veriləcək, yarasız vəziyyətə düşən səkilər isə yenidən bərpa olunaraq sakinlərin istifadəsində olacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.