Xəzər Xəbər

Azərbaycana qaytarılan 4 kəndin sakinləri DANIŞDI VİDEO

Veb TV | 21:20 • 19 Aprel 2024
Azərbaycana qaytarılan 4 kəndin sakinləri DANIŞDI

Ermənistan Qazaxın da kəndlərini işğal edib. Həmin kəndlərin 7 mindən yuxarı əhalisi təcavüzə məruz qalaraq doğma evlərini tərk etməli olub. Kənd sakinləri rayonun müxtəlif yaşayış məntəqələrində məskunlaşıb və hələ də məcburi köçkün həyatı yaşayırlar.

Xezerxeber.az-ın xəbərinə görə, Bağanis Ayrım kəndinin sakini deyir ki, kənd İcevan-Noyamberyan avtomobil yolu üzərində yerləşir və xüsusi strateji əhəmiyyətə malikdir. Düşmən sözügedən yoldan gələcəkdə daha rahat hərəkət etməsi üçün bu kəndi işğal etdi. Əli silahlı ermənilər keçmiş sovet ordusunun hərbiçiləri ilə birgə 1990-cı ilin mart ayının 23-dən 24-ə keçən gecə Bağanis Ayrım kəndinə soxuldular. Martın 24-ü səhər saatlarında isə kənd erməni silahlıları tərəfindən işğal olundu.

Xeyrimli kənd sakini isə deyir ki, 1990-cı ilin martından 1992- ci illin martına qədər kiçik miqyaslı atışmalar olsa da, işğal hadisəsi baş vermədi. Lakin 1992-ci ilin martın 8-də Xeyrimli erməni işğalçıları tərəfindən işğal edildi. Yerli əhali təcavüzə məruz qalaraq doğma evlərini tərk etməli oldu.

Qızıl Hacılı və Aşağı Əskipara  kənlədrinin hazırda məcburi köçkün həyatı yaşayan sakinləri də bu gün ən çox sevinən insanlardanıdır. Onlar səbriszliklə öz dədə baba yurdlarına qayıdacaqları günü gözləyirlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Bakıda ağır qəza 3 ölü
18:13 • 22 Dekabr 2024
"Sabah" "Şamaxı"ya uduzub
15:58 • 22 Dekabr 2024