Prezident İlham Əliyev bunu, hələ keçən ilin yanvar ayında demişdi... Bu gün artıq biz münaqişə ocaqlarının artdığını görürük....
Son gecə isə yeni cəbhə açıldığının, İranın artıq proksi qüvvələrlə deyil, birbaşa öz ərazisindən İsrailə hücum etdiyinin şahidi oluruq.
Ekspertlər dünya düzəninin yenidən qurulduğunu deyir. Amma, bu dəfə əvvəlki dünya müharibələrindən sonrakı kimi yeni dövlətlərin qurulması gözlənilmir, qlobal güclər öz aralarındakı mübarizə kontekstində kiçik dövlətləri kimin yanında olduğunu seçməyə məcbur edir. Şimal və cənub qonşularımız hazırda hökm sürən münaqişələrin tərəfləridirlər.
Bəli... Cənubi Qafqazın da döyüş arenasına çevrilməsini istəyən qüvvələr var. Təəssüf ki, Ermənistan onlara alət ola bilər. Avropa missiyasının Ermənistan yerləşməsi, Ermənistana vədlər verilən 5 aprel görüşü bunu bir daha təsdiqləyir.
Azərbaycan bölgədə həyata keçirilməsinə cəhd olunan planlara qarşı çıxır. Əksinə sabitləşdirici faktor kimi çıxış edir.
Politoloq Zaur Məmmədov deyir ki, çoxqütblü dünyaya istiqamətlənən ziddiyyətli proseslər fonunda dünyada yenidən bazar prinsiplərinə əsaslanan bölgü olacaq. Cənubi Qafqazda da yaxın aylar və ya gələn ildən vəziyyətin gərginləşəcəyini ehrimal edə bilərik. Ona görə də Azərbaycan xalqı və hakimiyyəti bundan sonra da birliyiini qoruyub saxlamalı, ayıq olmalıdır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.