Şokolad istehsalında əsas xammal kimi istifadə edilən kakaonun qiyməti dünyada kəskin artıb.
Xezerxeber.az-ın xəbərinə görə, ekspertlər deyir ki, bu artım həm şokolad, həm də bu məhsuldan istifadə edilən şirniyyat məhsullarının qiymətində fərq yaradacaq.
Onların sözlərinə görə, bu il 2 dəfə bahalaşan kakaonun qiymətində hələ də yüksələn dinamika müşahidə edilir. Bununla yanaşı, dünyada kakao istehsalında təxminən 8 faiz azalma proqnozlaşdırılır.
Ekspertlər kəskin qiymət artımını bir neçə səbəblə əlaqələndirirlər.
Bildirilir ki, şokolad istehsal etmək üçün digər ölkələrin xammalına ehtiyacımız var. Bu cəhətdən qiymət artımı daha çox şokolad istehsal edən firmalara təsir göstərə bilər.
Payıza doğru kakaonun qiymətinin daha da bahalaşa biləcəyi proqnozlaşdırılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.