Havaların günü-gündən isinməsi ilansancma zamanı ilk yardım məsələsini aktuallaşdırır.
Əsas sual budur ki, ilan sancan adama ilkin tibbi yardım necə və hansı formada edilməlidir?.
Xezerxeber.az-ın xəbərinə görə, həkim Aydın Əliyev deyir ki, ilan sancması zamanı dəridə qızartı əmələ gəlir, şişir, göyərməyə başlayır. Bu zaman insanların yanlış müdaxilə etməsi isə zərərçəkənin vəziyyətini daha da ağırlaşdıra bilər.
İlan sancması zamanı yaranı kəsmək, çərtmək, yandırmaq, sarımsaq və ya qatıq kimi vasitələrlə sürtmək tövsiyə edilmir. İlan sancan nahiyəyə çox toxunmaq və hərəkət etdirmək zəhərin daha da yayılmasına səbəb ola bilər.
Həmçinin, ilan dişləyən hissə hərəkətsiz vəziyyətə gətirilməlidir. Buz tapmaq mümkündürsə, həmin hissəyə buz qoyulmalı və yod məhlulu ilə dezinfeksiya edilməlidir. Bundan sonra dərhal həkim çağırılmalı və ya həkimə aparılmalıdır.
Qeyd edək ki, zərdabın effektliyi ilk sutka ərzində özünü göstərməyə başlayır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.