Kiloqramı 35-50 manata alça, 3-10 manata çiyələk, 25-30 manata şaftalı...
Xezerxeber.az xəbər verir ki, paytaxt bazarlarında mövsumi meyvələr artıqca qiymətlərdə də fərq yaranır.
Alıcıların sözlərinə görə, bəzi meyvə-tərəvəz məhsullarının qiyməti enib, bəziləri isə əksinə, artıb.
Satıcılar bildirir ki, bazarlarda satışa çıxarılan məhsullar artdıqca qiymətlər dəyişir.
Daha çox qış aylarında alınan nar, mandarin, kivi kimi meyvələrə isə tələbat getdikcə azalır.
Pomidorun qiymətində isə enmə müşahidə edilir.
Satıcılar qeyd edir ki, son vaxtlar tərəvəz məhsullarından badımcanın qiymətində artım var. Onlar bunu məhsul qıtlığı ilə əlaqələndirirlər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.