Beynəlxalq Arbitraj Məhkəməsi Azərbaycanın Ermənistana qarşı iddiasını araşdırır.
Xezerxeber.az xəbər verir ki, Müzakirələrdə Azərbaycan və Ermənistanı təmsil edən heyətlər iştirak edir.
2020-ci ildə Azərbaycan öz ərazilərinin işğaldan azad etdikdən sonra Ermənistanın ətraf mühiti məhv etməsi və onu qorumaması ilə bağlı dəhşətli dəlilləri üzə çıxardı. Ermənistanın törətdiyi ekoloji terror ərazilərimizin təbii yaşayış mühiti və növlərinə ciddi ziyan vurub, təbii ehtiyatların tükənməsinə səbəb olub. Belə ki, Ermənistan tərəfindən meşələrin qırılması, davamlı surətdə ağacların kəsilməsi Azərbaycanda 500-dən çox canlı təbiət növünü risk altında qoyub.
Politoloq Elçin Mirzəbəyli deyir ki, arbitraj məhkəməsi Ermənistana gec-tez Azərbaycan torpaqlarında həyata keçirdiyi cinayətlərə qanun qarşısında cavab verməli olduğunu başa salacaq.
Politoloqun sözlərinə görə, Ermənistanın biomüxtəlifliyə və canlı təbiətə zərər vurmaqda məqsədi bu ərazilərdə gələcəkdə azərbaycanlıların yaşaya bilməməsinə hesablanıb.
Arbitraj çərçivəsində Azərbaycan tribunaldan Ermənistandan Bern Konvensiyasının bütün davam edən pozuntularına son qoyulmasını və ətraf mühitin dağıdılmasına görə təzminatın tam ödənilməsini tələb etməyi sorğu edib.
Məhkəmənin qərarının ədalətli olacağını ümid edirik.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.