Su və drenaj kanalları var ancaq onları vaxtı-vaxtında qazaraq təmizləyən yoxdur...Sakinlər isə çıxılmaz vəziyyətdə qalıb.
Xezerxeber.az xəbər verir ki, söhbət Ucar rayonunun Məlikballı kəndindən gedir. Kənd daxilində drenaj kanalları qazılıb təmizlənmədiyi üçün qrunt suları həyətlərə dolur. Bu isə öz növbəsində sakinlərin işini çətinləşdirib.
Sakinlərin sözlərinə görə, kənd ərazisində olan suvarma kanalları da qazılmır. Bunun nəticəsi olaraq onlar əkin sahələrini suvara bilmirlər. Bu da məhsuldarlığın həddindən çox aşağı olması ilə nəticələnir.
Məsələ ilə bağlı Ucar Suvarma Sistemləri idarəsindən “Xəzər Xəbər”ə bildirdilər ki, sözü gedən kəndə ərazisində olan daşıyıcı su kanalları bizim balansımızdadır. Onlarda mövsümü olaraq qazılaraq lildən təmizlənir. Kənd daxilində olan kanallar isə yerli bələdiyyənin balansında olduğu üçündə bu işləri də onlar həyata keçirtməlidir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.