Ötən gün Kür çayında batan ata və azyaşlı övladının axtarışları davam edir.
Xezerxeber.az xəbər verir ki, Kür çayının Ağcabədi rayonunun Nəcəfqulubəyli kəndi ərazisindən keçən hissəsində batan Zərdab rayon Qoruqbağı kənd sakinləri - 6 yaşlı qız və atası 40 yaşlı Vaqif Süleymanlının axtarışına kənd sakinləri də qoşulub.
Səma Süleymanlı ailənin ilk övladı idi. Baş vermiş hadisə ilə bağlı araşdırmalar aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.