Xəzər Xəbər

Bölgələrdə bir neçə piyada yol qəzalarının qurbanı oldu VİDEO

Veb TV | 20:00 • 12 Aprel 2024
Bölgələrdə bir neçə piyada yol qəzalarının qurbanı oldu

Şəkidə gecə saatlarında piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Xezerxeber.az xəbər verir ki, Rayonun  Abbas kəndi  ərazisində   Rüstəm Məmmədov idarə etdiyi  avtomobillə yolu keçən piyada, 89 yaşlı Mürsəl Şamxalovu vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.

Saatlıda isə avtomobilinə yanacaq tökən sürücünü maşın vurub. Hadisə Saatlı rayonunun Kamallı kəndi ərazisində qeydə alınıb.

Laçın rayon sakini, 52 yaşlı Hamlet Cavadov idarə etdiyi avtomobilinə yanacaq tökərkən yolda hərəkətdə olan digər avtomobil tərəfindən vurulub. O, aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişub.

Faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar