Xəzər Xəbər

Dərnəgüldə zavod ərazisində YANĞIN VİDEO

Veb TV | 17:49 • 12 Aprel 2024
Dərnəgüldə zavod ərazisində YANĞIN

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül yaşayış massivində yerləşən hal-hazırda fəaliyyət göstərməyən zavod ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunub.

Xezerxeber.az FHN-ə istinadən xəbər verir ki, yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş operativ tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində zavodun ərazisində 50 m² sahədə müxtəlif tərkibli tullantılar yanıb.

Ərazidəki tikililər, habelə 4 ədəd qaz balonu yanğından mühafizə olunub.

Xəbər lenti

Çox oxunanlar