Xəzər Xəbər

Bakıda insanlar ən çox ürək-damar xəstəliklərindən vəfat edirlər VİDEO

Veb TV | 21:15 • 11 Aprel 2024
Bakıda insanlar ən çox ürək-damar xəstəliklərindən vəfat edirlər

Bakıda hər 100 nəfərdən 68-i ürək- damar xəstəlikləri səbəbindən dünyasını dəyişir. 

Xezerxeber.az-ın məlumatına görə, ötən ilin yanvar ayında paytaxtda baş verən 900 ölüm hadisəsi qeydə  alınıb. Bunun da 610-u, yəni 68 faizi ürək-damar xəstəlikləri səbəbindən baş verib.

Bakı Şəhəri Səhiyyə Mərkəzinin hesabatında bildirlir ki, ölümlə nəticələnən xəstəliklər içərisində ürək-damar xəstəlikləri hələ də üstünlük təşkil edir.

Həkim Anar Əmrah bildirir ki,  təzyiqi olan insanlar həyat tərzini dəyişdirməli, artıq çəkidən azad olmalı, duzdan istifadəni məhdudlaşdırmalıdırlar.

Qeyd edək ki, ürək, qan-damar sistemi xəstəliklərindən baş verən ölüm hallarına görə ölkəmiz Tacikistandan sonra ikinci yerdədir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti

Çox oxunanlar