Xəzər Xəbər

Xaçmazlı sahibkar avtoservisini tanıtmaq üçün bu üsuldan istifadə edib VİDEO

Veb TV | 21:31 • 11 Aprel 2024
Xaçmazlı sahibkar avtoservisini tanıtmaq üçün bu üsuldan istifadə edib

Xaçmazlı sahibkarların avtoservisin tanıdılması üçün istifadə etdiyi kreativ üsul insanların diqqətini çəkir.

Xezerxeber.az xəbər verir ki, Xaçmaz şəhərinin Rəşid Behbudov küçəsində yerləşən təmir sexinin sahibi köhnə “Zaparojets” markalı avtomobili dayaqlar üzərinə qaldırmaqla, avtoservisini reklam edir.

İyirmi ildən çoxdur dayaqlar üzərində dayanan bu “Zaparojets” şəhərin qonaqlarının da marağına səbəb olur.

Sexin sahibi bu “Zaparojets”i 2002-ci ildə həmin vaxtın pulu ilə 300 min manata, yəni 60 AZN-ə alıb. Elə o vaxtdan da avtomobil təmir sexinin tanıtımı üçün istifadə edilir.

Avtoservisdə işləyən ustalar bildirirlər ki, artıq 22 ildir hamı bu təmir sexinin yerini köhnə “Zaparojets”ə görə tanıyırlar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

 

Xəbər lenti