Xəzər Xəbər

Oğuz rayonunun Çaldaş kəndi hələ də qazsızdır - Sakinlər çətinlik çəkirlər VİDEO

Veb TV | 21:45 • 11 Aprel 2024
Oğuz rayonunun Çaldaş kəndi hələ də qazsızdır -  Sakinlər çətinlik çəkirlər

Oğuz rayonunun Çaldaş kəndinin sakinləri mavi yanacaq problemi yaşayırlar.

Xezerxeber.az-ın məlumatına görə, 120-dən çox ailənin və 650 nəfərdən çox sakinin məskunlaşdığı kənddə insanlar bir maşın odun üçün 900-1000 manat pul ödəyirlər.

Odun ala bilməyənlər isə peyin yandırmaq məcburiyyətində qalırlar.

Kəndin qazlaşması ilə əlaqədar “Azəriqaz” İstehsalat Birliyindən “Xəzər Xəbər”ə  bildirildi ki, rayonlarda bu proses növbəli şəkildə aparılır. Çaldaş kəndinin də qazlaşması növbəti mərhələdə aparılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti