"Sovetski" kimi tanınan ərazidə qədim quyu və tunellərin aşkar olunması ilə bağlı xəbərlər yayılıb.
Xezerxeber.az xəbər verir ki, hətta buna görə, həmin ərazidəki keçmiş özəl məktəblərdən birinin binasının söküntüsünün dayandırıldığı da bildirilir.
Məsələni araşdıran zaman məlum olub ki, söküntü işləri Yasamal rayonu, Süleyman Tağızadə və Rastropoviçlər küçələrinin kəsişməsində aparılır.
Tunel kimi qeyd edilən həmin quyu isə yaxınlıqdakı köhnə tikilinin yanında tapılıb.
Əraziyə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin əməkdaşları tərəfindən baxış keçirilib.
Quyu aşkarlanan hissədə işlər müvəqqəti dayandırılıb.
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli qeyd edib ki, mərkəzi park qurularkən həmin ərazidə oxşar formalı su quyuları aşkar edilib. Həmin quyuların ətrafı abadlaşdırılıb və mühafizə olunur.
Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir.