Kimi 2500, kimi 3000 kimi isə daha çox məbləğdə pul ödəyib. Lakin heç biri işlə təmin edilməyib...
Bu iddianı "Xəzər Xəbər"ə müraciət edən onlarla şəxs səsləndirib.
Onların iddialarına görə, Avropa ölkələrində işlə təmin edilmək üçün Bakıda fəaliyyət göstərən "Avion" adlı şirkətə minlərlə manat pul ödəyiblər.
Lakin sözügedən şirkət onları yalan vədlərlə aldadıb.
Zərərçəkənlərdən bəziləri ödədikləri məbləğlərin bir qismini ala bilsələr də, əksəriyyətin pulu qaytarılmayıb.
Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına da müraciət edilib.
Sözügedən şitkətdən isə problemin səbəbkarının onlar olmadıqları deyildi.
Şirkətdən o da bildirildi ki, vətəndaşların ödədikləri vəsaitlər mərhələli şəkildə qaytarılacaq. Bununla razılaşmayanlar isə məhkəməyə müraciət edə bilərlər.
Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir.