Hesablama Palatası ötən il ən çox aşkarlanan maliyyə pozuntularını açıqlayıb.
Xezerxeber.az-ın xəbərinə görə, bildirilib ki, ən çox aşkarlanan pozuntu halları satınalmalarla bağlı olub.
Hesablama palatasının sədri Vüqar Gülməmmədov bildirib ki, ötən il 9 nəzarət tədbiri üzrə Baş Prokurorluğa və DTX-yə müraciət edib. TƏBİB-in Sumqayıt Tibb Mərkəzinin, Gəncə Şəhər Birləşmiş Xəstəxanasının, Təhsil Nazirliyinin tabeliyindəki Naxçıvan Dövlət Universitetinin , Gənclər və İdman Nazirliyinin, ləğv edilmiş Bakı Nəqliyyat Agentliyinin, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin, Mədəniyyət Nazirliyi yanında Kino Agentliyinin fəaliyyətində aşkar olunmuş nöqsanlarla bağlı Baş Prokurorluğa müraciət olunub.
Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin fəaliyyətində aşkar olunmuş nöqsanlarla bağlı isə DTX-ya müraciət olunub.
Palata sədri deyib ki, keçmiş Qarabağ iqtisadi rayonunda keçirilmiş yoxlamada verdikləri təkliflərə bu il də nəzarət olunacaq.
Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir.