Bakının Xətai rayonu, Oksigen küçəsində yerləşən 131 yaşlı tarixi bina təhlükəli vəziyyətdədir.
Xezerxeber.az-ın məlumatına görə, sakinlər deyirlər ki, təhlükəli vəziyyəti nəzərə alaraq ailələrin bir qismi məcburi olaraq binadan köçüblər, qalanlar isə hər anı həyəcan içində keçirirlər.
Yağışlı və küləkli günlərdə isə binada vəziyyət daha da təhlükəli olur.
Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətindən bildirilib ki, sözügedən yaşayış məntəqəsi qəzalı binalar siyahısındadır. Bununla bağlı müvafiq qurumlara məlumat verilib. Nazirlər Kabinetinin qərarından sonra sakinlər ərazidən köçürüləcəklər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.