Yevlaxda 24 yaşlı gənc oğlan qətlə yetirilib.
Xezerxeber.az-ın məlumatına görə, hadisə rayonun Əkşəm kəndində baş verib.
Yaxınları bildirib ki, 24 yaşlı Musa Orucov gecə saatlarında evdən çağrılıb. Atası bir müddət xəbər gəlmədiyini görüb axtarsa da, oğlunu görə bilməyib. Daha sonra isə övladının xəstəxanada olması haqda xəbər alıb.
24 yaşlı Musa Orucov bir bacının yeganə qardaşı olub. Atası hadisəni törətməkdə şübhəli bilinən şəxslə heç bir ədavətlərinin olmadığını bildirib.
Baş vermiş hadisə ilə bağlı Yevlax Rayon Prokurorluğu məlumat yayıb.
Bildirlib ki, aprelin 7-də saat 1 radələrində Yevlax rayon sakini Musa Orucovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı 28 yaşlı Şəhliyar Bayramlının rayonun Əkşəm kəndi ərazisində aralarında yaranmış mübahisə zamanı kəsici-deşici alətlə xəsarət yetirərək Musa Orucovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Hadisədən sonra Şəhliyar Bayramlı könüllü təslim olub və rayon prokurorluğunun qərarı əsasında şübhəli şəxs qismində tutulub.
Faktla bağlı Yevlax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.