Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şəmkir rayonunun Çaparlı kəndi ərazisində mənzildə partlayış baş verməsi barədə məlumat daxil olub.
Xezerxeber.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, hər mərtəbəsi 120kv.m olmaqla ümumi sahəsi 240kv.m olan ikimərtəbəli fərdi yaşayış evində, ilkin ehtimala görə, qaz sızması nəticəsində yanğınla nəticələnməyən partlayış baş verib.
Hadisə nəticəsində partlayış dalğasının təsirindən ev ciddi ziyan dəyib və 3 nəfər xəsarət alıb.
FHN əməkdaşları tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.