Xəzər Xəbər

Goranboy sakini evini satdı, sosial yardımı DAYANDIRILDI VİDEO

Veb TV | 20:50 • 6 Aprel 2024
Goranboy sakini evini satdı, sosial yardımı DAYANDIRILDI

2 uşaq anası olan qadın sosial yardım ala bilmir...

Xezerxeber.az xəbər verir ki, Goranboyun Dəliməmmədli şəhərində yaşayan İradə Abbasova 4 il dövlətin ayırdığı sosial yardımı alsa da, bu ildən artıq dayandırlıb.

Qadın bütün sənədlərini toplayıb sosial yardım almaq üçün təqdim etsə də,142 zəng xidmətindən ona 1 illik STOP qoyulduğu xəbəri gəlib.

Bunun səbəbi isə qadının yaşadığı evi satması və adiyyatı orqanı məlumatlandırmaması göstərilib.

İradə Abbasova öhdəliyində olan 2 övladının anadangəlmə xəstəlikləri olduğunu, hər 3 aydan bir onları müalicə etdirmək üçün paytaxta getməli olduğunu bildirir.

Evini də uşaqların xəstəliyinə görə pul lazım olduğu üçün məcbur satdığını deyir.

Dövlət Sosial Müdafiə Fondu “Xəzər Xəbər”ə açıqlamasında məsələyə aydınlıq gətirib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti