Xəzər Xəbər

Hacı Şahin Həsənlinin sosial şəbəkələrdəki videolarını silənlərin məqsədi nədir? VİDEO

Veb TV | 20:30 • 6 Aprel 2024
Hacı Şahin Həsənlinin sosial şəbəkələrdəki videolarını silənlərin məqsədi nədir?

Mərhum ilahiyyatçı Şahin Həsənlinin "Youtube" səhifəsi hakerlər tərəfindən ələ keçirilib.

Xezerxeber.az xəbər verir ki, bu barədə mərhumun adına olan "Facebook" səhifəsində məlumat paylaşılıb.

Tanınmış texnobloger Fərid Pərdəşünas bildirib ki, son vaxtlar ölkədə xaricdən gələn hücumlar nəticəsində "Youtube"kanallarının oğurlanması tez-tez müşahidə olunur.

Onun sözlərinə görə, bu, xüsusi kiberdələduzluq metodlarından istifadə edilməklə həyata keçirilir.

Texnobloger "Youtube" səhifələrinin hansı məqsədlər üçün oğurlandığını da açıqlayıb.

İlahiyyatçı Ağa Hacıbəyli də mərhum Şahin Həsənlinin "Youtube" kanalının oğurlanmasına münasibət bildirib. O, deyib ki, hər gün onlarla insanın faydalandığı kanaldan videoların silinməsi yolverilməzdir.

Qeyd edək ki Şahin Həsənliyə məxsus "Youtube" kanalının və oradan silinən videoların geri qaytarılması üçün tədbirlər görülür.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti